...

Suraxanıda mənzildə 69 yaşlı qadının meyiti tapılıb

Hadisə Materials 12 Dekabr 2015 08:21 (UTC +04:00)
Suraxanıda mənzildə meyit tapılıb.
Suraxanıda mənzildə 69 yaşlı qadının meyiti tapılıb

Bakı. Trend:

Suraxanıda mənzildə meyit tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda 1946-cı il təvəllüdlü Rzayeva Lalə Rza qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib və zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı L.Rzayevanın vəfat etdiyi müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti