...

Saatlıda qadın özünü güllələyib

Hadisə Materials 30 Dekabr 2015 12:59 (UTC +04:00)
Saatlı rayonunda qadın ehtiyatsızlıqdan güllə yarası alıb.
Saatlıda qadın özünü güllələyib

Bakı. Samir Məmmədov-Trend:

Saatlı rayonunda qadın ehtiyatsızlıqdan güllə yarası alıb. Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 29-da Saatlı rayonunun Azadakənd kəndində baş verib. Kənd sakini Könül Rəhmanova evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Saatlı RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədi olmayan "TOZ-63" markalı tüfəng götürülüb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti