...

Daşkəsəndə sərnişin avtobusu ağaca çırpılıb, ölən və yaralananlar var

Hadisə Materials 26 İyul 2016 21:39 (UTC +04:00)
Daşkəsəndə sərnişin avtobusu ağaca çırpılıb.
Daşkəsəndə sərnişin avtobusu ağaca çırpılıb, ölən və yaralananlar var

Bakı. Trend:

Daşkəsəndə sərnişin avtobusu ağaca çırpılıb.

Trend Region TV-yə istinadən xəbər verir ki, bu gün axşam saatlarında Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Zəylik kəndində qeydə alınıb. Sürücünün sərnişin avtobusunda idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq iri gövdəli ağaca çırpılıb, nəticədə bir nəfər ölub, bir neçə nəfər yaralanıb.

Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətiriliblər.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti