...

Sumqayıtda minik avtomobili yük qatarı ilə toqquşub - ölən var

Hadisə Materials 3 Noyabr 2016 06:01 (UTC +04:00)
Bakı-Quba magistral avtomobil yolununda qəza qeydə alınıb
Sumqayıtda minik avtomobili yük qatarı ilə toqquşub - ölən var

Bakı. Trend:

Bakı-Quba magistral avtomobil yolununda qəza qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 34–cü km-də Sumqayıt şəhəri ərazisində “Vaz” markalı minik avtomobilin yük qatarı ilə toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1976-ci il təvəllüdlü Qocayev Abuzər Rizvanoğlunun cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 01:07-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti