...

Rüşvətə görə 5 il azadlıqdan məhrum olunan kollec direktorunun şikayəti rədd edildi

Hadisə Materials 15 Mart 2017 10:28 (UTC +04:00)
Tələbələrdən rüşvət almaqda təqsirləndirilərək həbs edilən Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.
Rüşvətə görə 5 il azadlıqdan məhrum olunan kollec direktorunun şikayəti rədd edildi

Bakı. Samir Əli - Trend:

Şirvan Apelyasiya Məhkəməsində tələbələrdən rüşvət almaqda təqsirləndirilərək həbs edilən Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılan şikayət təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

İttihama görə, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə ittiham edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti