...

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb - FƏRMAN

Siyasət Materials 30 Aprel 2024 17:08 (UTC +04:00)
“Tələbə-məzun” dövlət elektron məlumat sistemi qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb - FƏRMAN

Bakı. Trend:

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi qoşulmalı olan dövlət orqanlarının sayı artırılıb.

Trend-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnaməyə edilən dəyişiklikdə əksini tapıb.

Bu siyahıya Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti