...

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2024 18:23 (UTC +04:00)
“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində tədbir keçirilib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Kaspi Ağ Şəhər liseyində tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva və əməkdaşları, həmçinin liseyin direktoru Rəqsanə Məmmədova və müəllim-şagird heyəti iştirak ediblər.

Çıxış edənlər – Rəqsanə Məmmədova və Sevinc Əliyeva Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafından bəhs etmiş, mövcud problemlərin həlli istiqamətində tövsiyə və təklifləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Aparıcı mütəxəssis Türkanə İsrafilli tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Xəbər lenti

Xəbər lenti