...

Ermənistanda "TikTok"u məhdudlaşdırmaq təklif olunub

Dünya xəbərləri Materials 30 Aprel 2024 17:47 (UTC +04:00)
Ermənistanda "TikTok"u məhdudlaşdırmaq təklif olunub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda "TikTok" sosial şəbəkəsinin məhdudlaşdırılması təklif olunub.

Trend xəbər verir ki, müvafiq təkliflə Ermənistanın Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyan çıxış edib.

Akopyan nümunə olaraq Avropa İttifaqı və ABŞ-ni göstərərək orada da bu cür qərarların müzakirə olunduğunu qeyd edib.

"Texniki inqilab dövlət tərəfindən məzmuna nəzarətin itməsinə gətirib çıxarıb. Bu səbəbdən ölkələr məzmunla bağlı məhdudiyyətlərə keçib, lakin Ermənistan bu baxımdan gecikir", - o deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti