...

Hərbi qulluqçularımız "Kurtaran - 2024" sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

Siyasət Materials 30 Aprel 2024 18:34 (UTC +04:00)
Hərbi qulluqçularımız "Kurtaran - 2024" sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Aralıq dənizinin şərqində keçirilən "Kurtaran - 2024" sualtı axtarış və xilasetmə təlimində iştirak edib.

Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Təlimdə axtarış-xilasetmə gəmiləri tərəfindən qəzaya uğramış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətin qiymətləndirilməsi, dalğıclar vasitəsilə heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Həmçinin qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə təyyarələrdən lazımi ləvazimatların atılması, dənizə paraşüt atlayışlarının icra edilməsi ilə heyətin təxliyə olunması üzrə fəaliyyətlər də yüksək peşəkarlıqla həyata keçirilib.

"Kurtaran - 2024" beynəlxalq təlimində 17 ölkədən 52 nümayəndə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti