...

Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır

Siyasət Materials 30 Aprel 2024 18:06 (UTC +04:00)
Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycan və Türkiyə ilə bütün nəqliyyat kommunikasiyalarını açmağa hazırdır.

Trend xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, regional nəqliyyat əlaqələrinin bərpası ölkələrin iqtisadi tərəqqisinə xidmət edəcək.

“Biz regional kommunikasiyaların açılmasında maraqlıyıq. Buna görə də “Sülh kəsişməsi” adlı təşəbbüs irəli sürmüşük. Bu layihə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirəcək. Layihənin reallaşması körfəz ölkələri ilə Qara dəniz iqtisadi regionu arasında səmərəli əlaqələrin yaranmasına xidmət edəcək”, - Mirzoyan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti