...

Gəncədə intihara cəhdin qarşısı alınıb

Hadisə Materials 19 İyul 2017 19:48 (UTC +04:00)
Gəncədə intihara cəhdin qarşısı alınıb.
Gəncədə intihara cəhdin qarşısı alınıb

Bakı. Trend:

Gəncədə intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Nizami rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub.

Dərhal Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti