...

Bakıda 8 otaqlı ev yanıb

Hadisə Materials 21 İyul 2017 02:44 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda 8 otaqlı ev yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yerləşən mətbəxin yanar konstruksiyaları 25 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti