...

Xəzərdə batmaq təhlükəsində olan 8 nəfər xilas edilib

Hadisə Materials 27 İyul 2017 20:17 (UTC +04:00)
Gün ərzində Xəzərdə batmaq təhlükəsində olan 8 nəfər xilas edilib.
Xəzərdə batmaq təhlükəsində olan 8 nəfər xilas edilib

Bakı. Trend:

Gün ərzində Xəzərdə batmaq təhlükəsində olan 8 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə gün ərzində Sabunçu rayonunda 4, Xəzər rayonunda 2, Abşeron rayonunda 1, Sumqayıt şəhəri, Corat qəsəbəsində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Həmin şəxslər hadisə yerinə cəlb edilmiş dalğıc-xilasedicilər tərəfindən xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti