...

Zaqatalada yanğının söndürülməsi davam edir

Hadisə Materials 24 Sentyabr 2017 23:26 (UTC +04:00)
Zaqatala rayonunun Yuxarı Tala və Muxax kəndləri yaxınlığında yanğın qeydə alınıb
Zaqatalada yanğının söndürülməsi davam edir

Bakı. Trend:

Zaqatala rayonunun Yuxarı Tala və Muxax kəndləri yaxınlığında yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunun Yuxarı Tala və Muxax kəndləri yaxınlığında çətin keçilən dağlıq ərazidə kol-kos, quru ot və qurumuş ağacların qalıqları yanır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti