...

Beyləqanda ağır yol qəzası, iki nəfər öldü

Hadisə Materials 23 Fevral 2018 09:09 (UTC +04:00)
Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Beyləqanda ağır yol qəzası, iki nəfər öldü

Bakı. Trend:

Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunda 3 ədəd “VAZ” markalı minik avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması baradə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sürücü, 1970-ci il təvəllüdlü Abdullayev Etibar Kamal oğlu və sərnişin, 1976-ci il təvəllüdlü İmrəliyev Arif Vaqif oğlunun cəsədlərini deformasiyaya uğramış “VAZ” markalı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti