...

Gəncədə yaşayış binasında baş verən yanğında 30 nəfər təxliyə edilib

Hadisə Materials 5 May 2018 12:57 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən yanğınla bağlı məlumat yayıb.
Gəncədə yaşayış binasında baş verən yanğında 30 nəfər təxliyə edilib

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən yanğınla bağlı məlumat yayıb.

Trend-in nazirliyin saytına istinadən xəbərinə görə, şəhərin Kəpəz rayonunda ikimərtəbəli yaşayış binasının ümumi sahəsi 600 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə və dam örtüyünün altına yığılmış əşyalar 30 kv.m sahədə yanıb.

Yanğın zamanı 30 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Dam örtüyünün qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti