...

Bərdədə yol qəzasında 2 nəfər öldü

Hadisə Materials 4 İyul 2018 14:04 (UTC +04:00)
DİN Bərdədə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Bərdədə yol qəzasında 2 nəfər öldü

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə baş verən yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 3-də saat 1 radələrində Bərdə rayonunun Əmirli kəndi ərazisində Xanərəb kənd sakini Cavid Abdullayevin idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Elvin Abışovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub. Nəticədə E.Abışov hadisə yerində, xəstəxanaya yerləşdirilmiş sərnişini olan qardaşı Təbriz isə orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti