...

Şəmkirdə meşə yanğını söndürülüb (YENİLƏNİB-2)

Hadisə Materials 12 İyul 2018 00:46 (UTC +04:00)
Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.
Şəmkirdə meşə yanğını söndürülüb (YENİLƏNİB-2)

İlk xəbər saat 14:28-də yayımlanıb

Bakı. Trend:

Şəmkirdə meşə yanğını söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı dağlıq ərazidəki meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınmış və yanğın saat 18:25-də söndürülüb.

Yanğın nəticəsində 10 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb. Meşə zolağının qalan sahəsi yanğından mühafizə olunub.

XXX

20:49

Şəmkirdə meşə yanğını söndürülüb.

FHN-dən Trend-ə verilən məlumata görə, Yuxarı Seyfəli kəndində meşə zolağında baş vermiş yanğın DYMX-nin və Aviasiya dəstəsinin müvafiq qüvvələri tərəfindən saat 18:20-də söndürülüb.

Əlavə məlumat veriləcək.

XXX

14:28

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri söndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti