...

Qusarda axtarışda olan şəxs oğurluq üstündə tutuldu

Hadisə Materials 16 İyul 2018 11:41 (UTC +04:00)
İyulun 14-də Qusar Rayon Polis Şöbəsinə müraciət edən C.Nurullayev həmin gün şəhər ərazisindəki çayxanaların birində mobil telefonunun oğurlandığını bildirib.
Qusarda axtarışda olan şəxs oğurluq üstündə tutuldu

Bakı. Trend:

İyulun 14-də Qusar Rayon Polis Şöbəsinə müraciət edən C.Nurullayev həmin gün şəhər ərazisindəki çayxanaların birində mobil telefonunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Bakı şəhər sakini Çingiz Rəhimov bir gün əvvəl Gündüzqala kənd sakini R.Rəsulovun da mobil telefonunu oğurlayıbmış

Məqalədə:
Xəbər lenti

Xəbər lenti