...

Bakıda avtosalondan 8 min manatdan çox pul oğurlanıb

Hadisə Materials 19 İyul 2018 19:14 (UTC +04:00)
Oğurluqda şübhəli bilinən Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakinləri Anar Şıxəli və Eynur Hüseynov saxlanılıblar
Bakıda avtosalondan 8 min manatdan çox pul oğurlanıb

Bakı. Trend:

Baş Cinayət Axtarışı İdarəsi, Beyləqan RPŞ və Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də Beyləqan rayonu ərazisindəki şirkətlərdən birinin həyətindən 12 ədəd elektrik mühərriki və 1 ədəd reduktor oğurlamaqda şübhəli bilinən 1-ci Şahsevən kənd sakinləri Anar Şıxəli və əvvəllər məhkum olunmuş Eynur Hüseynov saxlanılıblar.

DİN-dən Trend-ə verilən məlumata görə, E.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun fevral ayında 1-ci Şahsevən kəndi ərazisindəki digər şirkətə məxsus təmir-tikinti alətlərini və inşaat materiallarını, habelə mayın 15-də daha bir nəfərlə birgə Xətai rayonu ərazisindəki avtosalonların birindən 8500 manat oğurlamaları da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti