...

Yevlaxda maşın aşdı, ölən var

Hadisə Materials 7 Sentyabr 2018 14:52 (UTC +04:00)
Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Yevlaxda maşın aşdı, ölən var

Bakı. Trend:

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, sentyabrın 5-də saat 1 radələrində Yevlax rayonu ərazisində Meyvəli kənd sakini Səməndər Heydərov idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilmiş S.Heydərovun sərnişini, həmkəndlisi Sadıx Heydərov sentyabrın 6-da orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti