...

Tərtərdə ağır qəza - "VAZ" yük avtomobilinin altında qaldı

Hadisə Materials 18 Oktyabr 2018 18:27 (UTC +04:00)
Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudov yol-nəqliyyat hadisəsi nəticəsində ölüb
Tərtərdə ağır qəza - "VAZ" yük avtomobilinin altında qaldı

Bakı. Trend:

Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudov yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 17-də saat 13 radələrində Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudovun idarə etdiyi “VAZ-21154” və Mingəçevir şəhər sakini Sübhi Abbasovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Mahmudov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti