...

Şəmkirdə “Chrysler” aşdı - Ölən və yaralananlar var

Hadisə Materials 28 Dekabr 2018 15:09 (UTC +04:00)
Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Şəmkirdə “Chrysler” aşdı - Ölən və yaralananlar var

Bakı. Trend:

Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 27-də saat 15 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Qədim Qala kənd sakini olan yeniyetmə idarə etdiyi “Chrysler” markalı avtomobili aşııb.

Nəticədə avtomobildəki sərnişinlərdən İsrafil Ələsgərli hadisə yerində ölüb, sürücü və digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər.

Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti