...

Şabranda evdən 7 min manatlıq qızıl əşyalar oğurlanıb

Hadisə Materials 11 Yanvar 2019 15:00 (UTC +04:00)
Şabranda evdən 7 min manatlıq qızıl əşyalar oğurlanıb
Şabranda evdən 7 min manatlıq qızıl əşyalar oğurlanıb

Bakı. Trend:

Şabranda evdən 7 min manatlıq qızıl əşyalar oğurlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Şabran RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəhimli kəndindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən kənd sakini Hüseyn Binəliyev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 3-də 1 həyətyanı sahədən məişət əşyaları və ərzaq məhsulu oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti