...

Sumqayıtda birmərtəbəli ev yanıb

Hadisə Materials 18 Yanvar 2019 08:50 (UTC +04:00)
Sumqayıtda birmərtəbəli ev yanıb
Sumqayıtda birmərtəbəli ev yanıb

Bakı. Tural Turan - Trend:

Sumqayıtda birmərtəbəli ev yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində ümumi sahəsi 40 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti