...

Xəzərdə çimərkən boğulmuş bir nəfərin meyiti tapılıb, 1 nəfər xilas edilib

Hadisə Materials 15 İyun 2019 09:06 (UTC +04:00)
Xəzər dənzində çimərkən boğulmuş bir nəfərin meyiti tapılıb, 1 nəfər batma təhlükəsindən xilas edilib.
Xəzərdə çimərkən boğulmuş bir nəfərin meyiti tapılıb, 1 nəfər xilas edilib

Bakı. Trend:

Xəzər dənzində çimərkən boğulmuş bir nəfərin meyiti tapılıb, 1 nəfər batma təhlükəsindən xilas edilib. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Belə ki, ötən gün FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.

Paytaxtın Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2004-cü il təvəllüdlü Nikolay Andreyeviçin meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti