...

Parkda soyğunçuluq törədənlər yaxalanıb (FOTO)

Hadisə Materials 29 İyun 2019 16:20 (UTC +04:00)
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsilə cinayət işi başlanıb.
Parkda soyğunçuluq törədənlər yaxalanıb (FOTO)

Bakı. Trend:

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini H.Həsənli rayon ərazisindəki parkların birində ona yaxınlaşan şəxslərin mobil telefonunu almalarını, geri istədikdə isə bıçaqla hədələyərək aradan çıxdıqlarını bildirib.

DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsilə cinayət işi başlanıb.

9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalarla onların Bakı şəhər sakinləri M.Qasımov, H.Qurbanov, S.Məmmədov və N.Məmmədov olduqları müəyyən edilib.

Onların digər cinayət əməlləri də istisna edilmir. Bu şəxslərin əməllərindən zərər çəkən digər şəxslər də varsa bu barədə DİN-in “102-Zəng Mərkəzi”nə, Səbail RPİ-yə və 9-cu Polis Bölməsinə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti