Bakı. Trend:
ABŞ-ninn Corciya ştatında yerləşən Emori Universitetində naməlum şəxs atışma törədib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat verib.
Məlumata görə, hadisə universitet kampusunda baş verib. Təhsil müəssisəsinin rəhbərliyi təhlükə zonasındakı hər kəsi sığınacaq tapmağa çağırıb.
Hücumu həyata keçirən şəxsin motivləri barədə məlumat yoxdur.