...

Şabranda itkin düşən şəxs tapılıb (VİDEO)

Hadisə Materials 9 Avqust 2025 12:07 (UTC +04:00)
Şabranda itkin düşən şəxs tapılıb (VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Şabranda 1 nəfər itkin düşüb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Şabran rayonu, Zeyvə kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə işləri nəticəsində vətəndaş, 1987-ci il təvəllüdlü Atakişiyev Zamin Səxavət oğlu sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti