...

Ağdaşda cərəyan vuran şəxs ölüb

Gündəm Materials 9 Avqust 2025 10:10 (UTC +04:00)
Ağdaşda cərəyan vuran şəxs ölüb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ağdaşda cərəyan vuran şəxs ölüb.

Trend xəbər verir ki, hadisə avqustun 8-də rayonun Xosrov kəndində baş verib.

Belə ki, Ağdaş rayonu, Xosrov kənd sakini 1990-cı il təvəllüdlü Tahirov Saleh Əlağa oğlu rayonun kənd ərazisində “Belarus” markalı 03-BA-084 dövlət nömrə nişanlı traktorda qaynaq işləri görən zaman onu elektrik cərəyanı vurub.

Nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti