Bakı. Trend:
Estonianın xarici işlər naziri Marqus Saxkna Azərbaycan və Ermənistanın davanıqlı sülhə doğru aparan yoldakı səylərini yüksək qiymətləndirib.
Trend xəbər verir ki, bunu o, öz “X” sosial şəbəkə hesabında yazıb.
“Mən hər iki tərəfin, ABŞ rəhbərliyinin və tərəfdaşların, o cümlədən Aİ-nin qətiyyətini, onların ardıcıl səylərini yüksək qiymətləndirirəm. İndi bütün razılaşdırılmış ölçüləri tam və vaxtlı-vaxtında gerçəkləşdirmək və bununla da regionda dayanıqlı sülhə yol açmaq son dərəcə vacibdir”, - XİN rəhbəri bildirib.
O, Vaşinqtondakı görüşü Ermənistan və Azərbaycanın sülhə doğru atdıqları tarixi bir addım kimi dəyərləndirib.