...

Qəbələdə yanğın törədən şəxslər müəyyən edilib

Hadisə Materials 9 Avqust 2025 23:02 (UTC +04:00)
Qəbələdə yanğın törədən şəxslər müəyyən edilib

Bakı. Trend:

Avqustun 9-da Qəbələ şəhəri ərazisində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə bildirilib ki, araşdırmalarla yanğının 2 yeniyetmə tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub. Hadisə nəticəsində quru ot sahəsi və kol-kos yanıb.

Əməli törədən şəxslər valideynləri ilə birlikdə ərazi üzrə polis orqanına dəvət olunub və profilaktik söhbətlər aparılıb.

Xəbər lenti

Xəbər lenti