...

Tokayev Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşmasına dair Bəyannaməni tarixi nailiyyət hesab edir

Siyasət Materials 9 Avqust 2025 09:39 (UTC +04:00)
Tokayev Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşmasına dair Bəyannaməni tarixi nailiyyət hesab edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması üzrə Bəyannamə uzunmüddətli hərbi münaqişəyə son qoymuş tarixi əhəmiyyətli nailiyyət kimi qiymətləndirir.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldıbay “Telegram” kanalında yazıb.

“Prezident Kasım-Jomart Tokayev hesab edir ki, Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması tarixi əhəmiyyətə malik nailiyyətdir. Sənəd iki dövlət arasında uzunmüddətli hərbi münaqişəyə son qoyaraq möhkəm sülh əsasında diplomatik münasibətlərin qurulmasına və əməkdaşlığın inkişafına yol açıb”, – Jeldıbay qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti