...

Tərtərdə baş verən yol qəzasında ölənlərin kimliyi məlum olub (YENİLƏNİB) (FOTO)

Hadisə Materials 8 Avqust 2025 22:07 (UTC +04:00)
Tərtərdə baş verən yol qəzasında ölənlərin kimliyi məlum olub (YENİLƏNİB) (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Tərtərdə baş verən yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi məlum olub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, qəzada ölənlər Tərtər şəhər sakini "Opel" markalı avtomobilin sürücüsü 1972 - ci il təvəllüdlü Mustafayev Ramin Nurəddin oğlu, avtomobildə olan sərnişinlər ata və oğul 1974 - cü il təvəllüdlü Quliyev Həbib İvan oğlu və onun oğlu 1998 - ci il təvəllüdlü Quliyev Vidadi Həbib oğlu qəza zamanı hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır

xxx

18:19

Tərtər-Ağdam yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə Hindarx Borsunlu yolunun Tərtər rayonunu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza "OPEL" markalı minik maşını ilə "KamAZ" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Nəticədə "OPEL" markalı avtomobildə olan sürücü və iki sərnişin həyatını itirib.

Hadisə yerində araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti