...

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb - DİN

Gündəm Materials 9 Avqust 2025 10:32 (UTC +04:00)
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb - DİN
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 8-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 93, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

"Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti