Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparatı Suriyanın Kuneytra əyalətindəki Mədinət əl-Salamda ölkənin təhlükəsizlik qüvvələrinin qərargahına zərbə endirib.
Trend-in məlumatına görə, bu barədə "Sham TV" telekanalı xəbər verib.
Məlumata əsasən, raket hücumu nəticəsində binaya maddi ziyan deyib.
Ölən və yaralananlar barədə məlumat verilməyib.