...

Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub - Paşinyan

Siyasət Materials 9 Avqust 2025 09:44 (UTC +04:00)
Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub - Paşinyan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan və Azərbaycan artıq Vaşinqtondakı sənədi imzalamaqla sülh bağlayıblar.

Trend xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

“Baş verən – tarixi bir hadisədir. Mən artıq neçənci aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün biz artıq deyə bilərik ki, sülh bərqərar olub və o bizim ölkələrin suverenlikləri və ərazi bütövlükləri çərçivəsində bərqərar olub”, - deyə o Paşinyan qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti