Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi razılaşmalar münasibətilə təbrik edirəm. Əminəm ki, Cənubi Qafqazda sülh və əməkdaşlığın yeni bir dövrü başlayır.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayelin müraciətində deyilir.
Səfirin sözlərinə görə, yolların açılması, nəqliyyat və logistika, kommunikasiya, ticarət, energeti ka sahələrində əməkdaşlıq təkcə Cənubi Qafqaz üçün deyil, həm də Mərkəzi Asiyanın sabitliyi və rifahına böyük töhfə verəcək.
"Biz şadıq ki, Prezident Tokayevin təşəbbüsü ilə Qazaxıstanın da sülh prosesində iştirak etməsi bizim üçün qürur mənbəyidir. Biz həmişə tarixi ədaləti və qarşılıqlı hörməti dəstəkləyirik", - Bayel əlavə edib.