Ağdərə. Trend:
Ağdərədə yol nəqliyyat hadisəsi zamanı 53 yaşlı Tərtər sakini xəsarət alıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, rayonun Suqovuşan qəsəbəsi ərazisində baş verən qəza zamanı Tərtər rayon Şıxarx qəsəbəsi sakini Qəhrəmanov Tofiq müxtəlif dərəcəli xəsarət alıb. Yaralı T.Qəhrəmanov Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.