Bakı. Trend:
Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı C.Cabbarova müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.