...

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin Vaşinqtonda Donald Tramp və Nikol Paşinyanla görüşü ilə bağlı paylaşım edib (FOTO)

Siyasət Materials 9 Avqust 2025 04:53 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevin Vaşinqtonda Donald Tramp və Nikol Paşinyanla görüşü ilə bağlı paylaşım edib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində Prezident İlham Əliyevin Donald Tramp və Nikol Paşinyanla Vaşinqtonda baş tutan görüşü ilə bağlı paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı.

Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!

Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti