Bakı. Trend:
Azərbaycan və Ermənistan uzanan münaqişəsinin nizamlanması istiqamətində qəti addım atır.
Trend xəbər verir ki, bunu Pakistan baş nazirinin müavini, ölkənin XİN rəhbəri Məhəmməd İshaq Dar “X” səhifəsində yazıb.
“Bu gün həqiqətən tarixi bir andır, çünki Azərbaycan və Ermənistan artıq otuz ildən çox davam edən uzunmüddətli münaqişənin həlli istiqamətində qəti addım atırlar. Bu prosesə rəhbərlik edərkən Prezident İlham Əliyevin göstərdiyi uzaqgörənlik və qətiyyəti yüksək qiymətləndirirəm və bu irəliləyişə verdiyi töhfəyə görə Prezident Donald Trampa dərin minnətdarlığımı bildirirəm. Həmçinin, Azərbaycan Ermənistanla sülh yolu ilə irəlilədiyi üçün qardaşım, xarici işlər naziri Ceyhun Bayramovu da səmimi qəlbdən təbrik edirəm”, - Məhəmməd İshaq Dar qeyd edib.
O, bu mühüm mərhələnin Cənubi Qafqazda keçmişin ağrılı kölgələrindən azad olan, sülh, sabitlik və ümid üzərində qurulmuş gələcəyə yol açacağına ümidvar olduğunu bildirib.