...

Kamçatkada vulkan püskürüb, iki kənd külə qərq olub

Dünya xəbərləri Materials 8 Avqust 2025 20:02 (UTC +04:00)
Kamçatkada vulkan püskürüb, iki kənd külə qərq olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kamçatkada Klyuçevskaya Sopka vulkanının püskürməsi nəticəsində iki kənd külə qərq olub.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Klyuçi və Ust-Kamçatsk kəndləri vulkandan cəmi bir neçə onlarla kilometr aralıda yerləşir.

Nəhəng vulkan 12 kilometr uzunluğunda tüstü sütunu buraxıb, şleyf Komandor adalarına qədər çatıb.

Qeyd edək ki, bir neçə müddətdir Kamçatka yarımadasının sahillərində ard-arda zəlzələlər qeydə alınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti