...

Azərbaycan qazı ilk dəfə Suriyaya çatıb

İqtisadiyyat Materials 9 Avqust 2025 21:40 (UTC +04:00)
Azərbaycan qazı ilk dəfə Suriyaya çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə-Suriya qaz kəməri ilə nəql edilən təbii qaz Suriyanın mərkəzində yerləşən Homs əyalətindəki Cender qaz elektrik stansiyasına çatıb.

Trend xəbər verir ki, növbəti mərhələdə qaz Cender elektrik stansiyasından Dəməşq yaxınlığında yerləşən Nəsiriyyə və Təşrin istilik elektrik stansiyalarına göndəriləcək.

Qaz elektrik stansiyalarının klapanları Suriyanın energetika nazirinin müavini Qayas Diyab və Homs valisi Əbdürrəhman əl-Amın iştirakı ilə açılıb.

Diyab qeyd edib ki, Azərbaycandan təbii qaz artıq Türkiyə üzərindən Cender stansiyasına verilir.

Gündə 3,4 milyon kubmetr ötürmə qabiliyyətinə malik boru kəməri ilə hazırda sutkada 1,4 milyon kubmetrə yaxın qaz nəql edilir ki, bu da 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti