Bakı. Trend:
"Bavariya" futbolçuları Lennart Karl və Visdom Mayk ilə yeni müqavilə imzalayıblar.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yarımmüdafiəçilərlə müqavilənin şərtləri hələlik açıqlanmayıb.
Almaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçuları 2022-ci ildən Münhen təmsilçisinin üzvüdürlər.
Karl "Bavariya"da debütünü bu yaxınlarda klublararası dünya çempionatında "Ouklend"lə matçda (10:0) edib.