...

Rusiyada kanat yolunun qırılması nəticəsində 8 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 8 Avqust 2025 22:49 (UTC +04:00)
Rusiyada kanat yolunun qırılması nəticəsində 8 nəfər xəsarət alıb

Bakı. Trend:

Rusiyanın Kabarda-Balkar Respublikasının Nalçik şəhərində kanat yolunun qırılması nəticəsində 8 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə respublikanın Səhiyyə Nazirliyi xəbər verib.

"Nalçik şəhərində kanat yolunun qırılması nəticəsində daha iki xəsarət alan şəxs Respublika Klinik Xəstəxanasına çatdırılıb. Ümumilikdə səkkiz nəfər xəsarət alıb", - deyə bildirilib.

İki nəfərin həkimlər tərəfindən müayinə olunduqdan sonra evə buraxıldığı bildirilib. Nazirlik əlavə edib ki, bir nəfər reanimasiyadadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti