...

Kanada Rusiya neftinin qiymətini bir barel üçün 47,60 dollara endirəcək

Dünya xəbərləri Materials 9 Avqust 2025 06:28 (UTC +04:00)

Bakı. Trend:

Kanada hakimiyyəti Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya neftinin qiymət tavanını bir barel üçün 47,60 dollara endirmək niyyətində olduqlarını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Kanada hökumətinin saytında bildirilib.

"Kanada Avropa İttifaqı və Böyük Britaniya ilə birgə <....> Rusiya neftinin dəniz yolu ilə daşınmasına qoyulan qiymət həddini bir barel üçün 60 dollardan 47,60 dollara qədər azaltmaq niyyətindədir", - deyə qeyd edilib.

İyulun 18-də Aİ Rusiya neftinin qiymət tavanını bir barel üçün 47,6 dollara endirdiyini elan edib.

Xəbər lenti

Xəbər lenti