Bakı.Trend:
"Beşiktaş" "Lester"dən Vilfred Ndidinin transferini rəsmiləşdirib.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 28 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub. İstanbul təmsilçisi bu keçidə görə 8 milyon avro ödəyəcək.
Qeyd edək ki, Ndidi 2017-ci ildən "Lester"in formasını geyinirdi. O, 2024/25 mövsümündə 30 oyunda 1 qol vurub və 5 məhsuldar ötürmə edib.