...

Qəzzada eskalasiya daha çox ölüm və dağıntılara səbəb olacaq - BMT-nin baş katibi

Dünya xəbərləri Materials 8 Avqust 2025 21:37 (UTC +04:00)
Qəzzada eskalasiya daha çox ölüm və dağıntılara səbəb olacaq - BMT-nin baş katibi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, Qəzza zolağında vəziyyətin daha da gərginləşməsi əlavə məcburi köçürmələr, qətllər və geniş dağıntılara səbəb olacaq.

Trend-in məlumatına görə, onun mövqeyini cümə günü jurnalistlər üçün keçirilən brifinqdə baş katibin nümayəndəsinin müavini Stefani Tremble səsləndirib.

"Qəzzada fələstinlilər dəhşətli miqyasda humanitar fəlakət yaşamaqda davam edirlər. Baş katib xəbərdarlıq edir ki, vəziyyətin daha gərginləşməsi əlavə məcburi köçürmələr, ölümlərə və geniş dağıntılara gətirib çıxaracaq, Qəzzada Fələstin əhalisinin ağlasığmaz iztirablarını daha da pisləşdirəcək", - deyə o bildirib.

O əlavə edib ki, baş katib “təcili olaraq daimi atəşkəs, Qəzzaya maneəsiz humanitar giriş və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi çağırışını” təkrarlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti