...

İrandan çıxarılan əfqanların sayı 1 milyon nəfəri keçib

Dünya xəbərləri Materials 9 Avqust 2025 16:53 (UTC +04:00)
İrandan çıxarılan əfqanların sayı 1 milyon nəfəri keçib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən 100 gün ərzində İrandan 1 milyondan çox Əfqanıstan vətəndaşı çıxarılıb.

Trend-in məlumatına görə, bunu Tehran vilayətinin valisi Məhəmməd Sadiq Motəmedian bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, təkcə Tehran vilayətindən 450 min Əfqanıstan vətəndaşı öz ölkələrinə geri qaytarılıb.

Tehran valisi bildirib ki, İranın hazırkı hökumətinin prioritetlərindən biri əcnəbi vətəndaşlarla bağlı normallaşma prosesini həyata keçirməkdir.

“Ölkədə əcnəbi vətəndaşların 50%-i Tehran vilayətində yaşayır. Onların müəyyənləşməsi prosesi həyata keçirilib və qeyri-qanuni şəkildə yaşayan əcnəbi vətəndaşlar normal qaydada Əfqanıstanla sərhəd bölgələrə nəql olunub və ölkələrinə qaytarılıb”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti